Eks-deputat Nəriman Əliyevin cəzadan yayınma planları - FOTOLAR

12:36 - 09 Yanvar 2022

Eks-deputat Nəriman Əliyevin cəzadan yayınma planları - FOTOLAR

Milli Məclisin 70 saylı Masallı şəhər dairəsindən keçmiş deputatı və "Ştutqart" mağazalar şəbəkəsinin sahibi Nəriman Əliyev haqda uzun müddətdir ki, saytlarda və sosial şəbəkələrdə qalmaqallı xəbərlər paylaşılmaqdadır. Eks-deputat qanunsuz əməllər törətmək, qanundankənar işlər görməklə dəfələrlə gündəmdə oub. Ən son isə keçmiş işçisi Abutalıb Ağayev tərəfindən deputata məxsus olan Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 10C ünvanındakı torpaq sahəsində 37 ədəd bir neçə illik ağacın kəsilməsində təqsirləndirilir. Şikayətçi açıqlamalarında bu barədə aidiyyəti orqanlara məktubla müraciət etdiyini və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının əraziyə baxış keçirdiyini bildirib.

Manset.az xəbər verir ki, bu məsələ yanvarın 6-da ölkə mətbuatında səs-küy yaratdıqdan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktı təsdiqləyərək toplanmış materialların artıq Baş prokurorluğa göndərildiyini qeyd edib.

Bütün bunlardan sonra vəziyyətin ciddiləşdiyini, etdiyi hərəkətlərin çox ciddi qanun pozuntusu olduğunu bilən sabiq millət vəkili məsuliyyətə cəlb oluna biləcəyini anladığından, cəzadan yayınmaq üçün müxtəlif yollar fikirləşməyə başlayıb. Saytlara verdiyi açıqlamada əvvəllər hər şeyi təkzib edən Nəriman Əliyev qarşılıqlı ittihamlarla məsələdən yayınmağa çalışıb, bu mümkün olmadıqda isə yeni və daha ciddi planlara əl atıb.

İlk olaraq ölkənin internet televiziyalarından birinə açıqlama verərək, həmin ərazinin onun tərəfindən 2016-cı ildən icarəyə verildiyini və ağacların da icarədarlar tərəfindən ondan xəbərsiz kəsildiyini iddia edir. Ardınca sonradan bu məsələdən xəbəri olduğunu və şikayət etdiyini vurğulayır. Eks-deputat bu uğursuz açıqlama ilə məsuliyyətdən yaxa qurtara biləcəyini düşünür.

Açıqlamanın uğursuz olduğunu şikayətçi tərəf, yəni Abutalıb Ağayev də öz sözləri ilə təsdiqləyir. Şikayətçi qeyd edir ki, hətta icarə verməsi doğru olsa belə, həmin ərazidə Nəriman Əliyevin 3 mərtəbədən ibarət ofisi fəaliyyət göstərir, eks-deputat, demək olar ki, hər gün bu ofisə gəlib-gedir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az