"COVID pasportu diskriminasiyaya səbəb olmamalıdır" - ÜST-ün baş direktoru

19:19 - 02 İyul 2021

\"COVID pasportu diskriminasiyaya səbəb olmamalıdır\" - ÜST-ün baş direktoru

“Yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinasiya pasportunun tətbiqi vaksin çatışmazlığı ilə üzləşən və ya fərqli vaksin növlərindən istifadə edən digər ölkələrin sakinlərinə qarşı diskriminasiyaya səbəb olmamalıdır”.

Manset.az-ın TASS-a istinadən xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, bəzi ölkələr və bölgələr “COVID-19” ilə əlaqədar peyvənd sertifikatının tətbiqinə başlayıb: “Bunun peyvənd olunmayan və ya müəyyən növ peyvəndi olmayan insanlara, ölkələrə qarşı ayrıseçkiliyə yol açmamasının çox vacib olduğunu vurğulamaq istəyirəm”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az