"Bu səfərin çox böyük tarixi əhəmiyyəti ondan ibarətdir ki, birinci növbədə, ABŞ-la Azərbaycan arasında münasibətlərin ən yüksək səviyyəsini gördük. ABŞ-ın Azərbaycan Prezidentinə münasibəti həm də Azərbaycan dövlətinin müəyyən geosiyasi durumu ilə bağlı idi və ona olan münasibəti ifadə edirdi".
Bu barədə Manset.az-a açıqlama verən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib ki, Ermənistan və Azərbaycan arasında olan problemlərin artıq regional müstəvidən çıxaraq ABŞ kimi aparıcı dövlət tərəfindən diqqətə alınması səviyyəsinə gəlib çatması bir çox tərəfləri təhdidlərdən və hər hansı bir şəkildə təzyiqlərdən çəkinməyə məcbur etdi:

"Burada imzalanan sənədlər də, təbii ki, geniş müzakirə olundu. Onun reallaşması üçün də bölgədə müəyyən hadisələrin baş verməsi göstərdi ki, bu sənəddən perspektivdə çox önəmli bir mənbə kimi istifadə olunacaqdır. Ermənistan-Azərbaycan arasında sülh sazişi imzalanacaq, yollar da açılacaq və onda bu sənədin əhəmiyyətinin daha ciddi şəkildə anlaşılması mümkün olacaqdır. Çünki mühüm sənəd kimi bunun əvəzi ola bilməz və biz ən ağır mərhələni məhz bu sənədlə aşa bilmişik. Ona görə də bu tarixi əhəmiyyətli sənədi Prezident İlham Əliyev imzalamaqla həm də cəmiyyətdə Azərbaycanın gələcəyi ilə bağlı müəyyən, işıqlı perspektivin yaranmasına zəmin hazırladı".