Hərbi-Dəniz Qüvvələrinin komandanı Rusiyaya görə İstefa verdi(FOTO)

13:44 - 23 Yanvar 2022

Hərbi-Dəniz Qüvvələrinin komandanı Rusiyaya görə İstefa verdi(FOTO)

Vitse-admiral Kay-Axim Şönbax Almaniyanın Hərbi-Dəniz Qüvvələrinin komandanı vəzifəsindən istefa verməyi qərara alıb.

 

Manset.az xəbər verir ki, bu barədə DPA məlumat yayıb.

Bildirilib ki, AFR-in Müdafiə Nazirliyi Şönbaxın səsləndirdiyi “Krım heç vaxt Ukraynanın tərkibinə qayıtmayacaq” bəyanatı ilə razı olmadığını bildirib.

Müdafiə Nazirliyinin nümayəndəsi deyib:

“Bu fikirlər öz məzmununa görə Nazirliyin mövqeyinə əsla uyğun deyil”.

Bundan sonra vitse-admiralın istefa verməsini elan etməkdən başqa çarəsi qalmayıb. Kay-Axim Şönbax öz karyerasına son qoymuş müsahibəni Hindistana səfəri zamanı verib. O, hindistanlı həmkarları qarşısında çıxışında deyib:

“Putinə anlayış göstərilməlidir. Krım yarımadası itirilib, o heç vaxt qayıtmayacaq”.

Az sonra məlum olub ki, Almaniya səfiri bu məsələyə dair izahat vermək üçün Ukraynanın Xarici İşlər Nazirliyinə çağırılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az