Məlum olduğu kimi, Dublində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub.
Manset.az xəbər verir ki, liderlərin görüşü Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısı çərçivəsində baş tutub.
Görüş zamanı tərəflər Vaşinqton Sülh Sammitinin nəticələrini və Azərbaycan-Ermənistan sülh gündəliyinin irəlilədilməsi istiqamətində atılacaq addımları müzakirə ediblər.
Müzakirələrdə nəqliyyat və tranzit əlaqələri, iqtisadi-ticari münasibətlər, sərhədlərin delimitasiyası və etimad quruculuğu məsələləri də diqqət mərkəzində olub.
İrlandiyanın paytaxtında keçirilən mühüm görüşdən kadrları təqdim edirik: