“Dəmir yolunun tikintisi istiqamətində konkret işlər gedir” - Qriqoryan

13:07 - 28 Yanvar 2022

“Dəmir yolunun tikintisi istiqamətində konkret işlər gedir” - Qriqoryan

Azərbaycan və Ermənistan dəmir yolu ilə bağlı qarşılıqlı anlaşmaya malikdir. 

 

Manset.az xəbər verir ki, bunu erməni mediasına açıqlamasında baş nazirin müavini Mher Qriqoryan deyib.

“Dəmir yolu ilə bağlı müsbət məqamlar var. Bundan başqa, hazırda ekspertiza işləri aparılır, nəticələrini növbəti iclaslarda məruzə edəcəm”- o qeyd edib. 

Onun sözlərinə görə, indiki mərhələdə üçtərəfli qrup konkret məqsədlərə xidmət edən konkret iş aparır. 

“Bu, Ermənistan ərazisindən keçəcək dəmir yolunun tikintisidir” - Qriqoryan vurğulayıb.

 

Ölkə.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az