Lavrov Zelenskini Rusiyaya dəvət etdi

13:58 - 28 Yanvar 2022

Lavrov Zelenskini Rusiyaya dəvət etdi

“Moskva Ukrayna Prezidenti Vladimir Zelenski ilə Donbassı deyil, iki ölkə arasında münasibətlərin normallaşdırılmasını müzakirə etməyə hazırdır. Donbass Ukraynanın daxili məsələsidir”.

 

Manset.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Əgər Zelenski Rusiya ilə münasibətlərin normallaşmasını müzakirə etmək istəyirsə, biz hazırıq, Moskvaya və yaxud Soçiyə gəlsin”, - deyə Lavrov söyləyib.

 

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Rusiya və Ukrayna Prezidentləri Vladimir Putinlə Vladimir Zelenskini Türkiyəyə dəvət edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az