Vüqar Qurbanov Manset.az-ı hədələyən Baş həkimi işdən çıxardı

14:57 - 29 Yanvar 2022

Vüqar Qurbanov Manset.az-ı hədələyən Baş həkimi işdən çıxardı

Nərimanov Rayon 8 saylı Şəhər Polikilinikasının baş həkimi işdən çıxarılıb.

Manset.az-ın əldə etdiyi məlumata görə, bu barədə TƏBİB-in sədr əvəzi Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, Nərimanov Rayon 8 saylı Şəhər Polikilinikasının Baş həkimi Tamilla Kərimova vəzifəsindən azad olunub. Onun vəzifəsinin icrası Gülnarə Əfəndiyevaya tapşıırılıb.

Qeyd edək ki, bir müddət öncə sabiq baş həkim televiziyalardan birinin xanım müxbiri ilə insident yaşamışdı. Bu hadisə ilə bağlı xəbər yayımlayan Manset.az Xəbər Portalını T.Kərimova məhkəmə ilə hədələyirdi.
 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az