Aygün Kazımovadan Brilliant Dadaşova haqda gözlənilməz sözlər

13:15 - 31 Yanvar 2022

Aygün Kazımovadan Brilliant Dadaşova haqda gözlənilməz sözlər

Xalq artisti Aygün Kazımova illərdir danışmadığı həmkarı Brilliant Dadaşova ilə bağlı açıqlama verib.

 

 

Manset.az xəbər verir ki, "Şourum" proqramının "Deyirlər ki" rubrikasına qonaq olan müğənni Ruslan Ağayevin "Qadınlar arasında kiminlə duetiniz tamaşaçıya maraqlı olardı: Zülfiyyə Xanbabayeva, Röya Ayxan, Natavan Həbibi, yoxsa Brilliant Dadaşova" sualına belə cavab verib:

"Röya ilə duetimiz olub, maraqla da qarşılandı. Zülfiyyə ilə "Aypara" qrupunda oxumuşuq. Natavanla da səhnədə duet oxumuşuq. Onlar mənim balaca qızlarım olanda. İndi böyük qızlarımdır. İndi tamaşaçıya nə maraqlı olar? Küsülü deyiləm. Qarşı tərəfin hislərinə hörmətlə yanaşıram. O mənə belə yanaşır, mən də ona sevgiylə yanaşıram. Tamaşaçıya Brilliant Dadaşova ilə duet oxusam maraqlı gələr. Demirəm, bunu istəyirəm. Deyirəm ki, bu duet tamaşaçıya maraqlı gələr".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az