Rusiyanın "DXR" və "LXR"-i tanıması beynəlxalq hüququn pozulmasıdır - Conson

01:05 - 22 Fevral 2022

Rusiyanın \"DXR\" və \"LXR\"-i tanıması beynəlxalq hüququn pozulmasıdır - Conson

Rusiyanın Ukrayna ərazisindəki “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın "müstəqilliyini" tanıması beynəlxalq hüququn və Ukraynanın suverenliyinin pozulmasıdır.

 

Manset.az xəbər verir ki, APA-nın xəbərinə görə, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson bəyan edib.

““Donetsk və Luqansk respublikalarının” tanınması beynəlxalq hüququn aşkar surətdə pozulmasıdır. Bu həm də suverenlik və ərazi bütövlüyün pozulması, Minsk razılaşmasından imtinadır. Zənnimcə, bu, çox pis əlamətdir. Bu həm də, vəziyyətin səhv yöndə inkişaf etdiyini göstərir” – deyə Conson xəbərdarlıq edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az