"Azərbaycan ​İqtisadi və İnvestisiya Planının tətbiqi üçün əsas tərəfdaşdır" - Aİ komissarı

00:17 - 08 İyul 2021

\"Azərbaycan ​İqtisadi və İnvestisiya Planının tətbiqi üçün əsas tərəfdaşdır\" - Aİ komissarı

Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi Azərbaycana səfəri çərçivəsində iqtisadiyyat və energetika nazirləri Mikayil Cabbarov və Pərviz Şahbazovla görüşüb.

Manset.az "Report"-a istinadən xəbər verir ki, bu barədə avropalı diplomat tvitterdə yazıb.

Onun sözlərinə görə, görüş zamanı "Şərq Tərəfdaşlığı" üçün nəzərdə tutulmuş İqtisadi və İnvestisiya Planının potensialı barədə fikir mübadiləsi aparılıb.

"Azərbaycan bu planın tətbiqi üçün əsas tərəfdaşdır", - O. Varhelyi qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az