Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi Rusiyanın hücumları nəticəsində həyatını itirən və yaralanan jurnalistlərlə bağlı məlumat paylaşıb.
Manset.az-ın məlumatına görə, Rusiya ordusunun hücumları nəticəsində 18 jurnalistin öldüyü, 13-nün yaralandığı açıqlanıb.
Rusiyanın hücumlarının başladığı 24 fevraldan bəri Ukraynada 3-ü qadın olmaqla 18 jurnalist öldürülüb.
Müharibə zamanı müxtəlif hücumlar nəticəsində 13 jurnalist yaralanıb, 3 jurnalist itkin düşüb, 4-ü qadın olmaqla 8 jurnalist qaçırılıb.