Şəmkir rayon sakini bıçaqlanıb.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1974-cü il təvəllüdlü Əlövsət Həsənov həmkəndlisi 1969-cu il təvəllüdlü Əbülfəz Həsənova bıçaqla xəsarətlər yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır. Hadisənin münaqişə zəminində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.