Türkiyəli iş adamı Oba Ali Serdar Azərbaycanın yüksək vəzifəli məmurunu məhkəməyə verib.
Manset.az xəbər verir ki, Oba Ali Serdar Fahri oğlu Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, general-mayor Şahin Nəbiyevlə bağlı məhkəməyə şikayət edib.
Məsələyə Naxçıvan Ali Məhkəməsində baxılacaq.
Qeyd edək ki, 2016-cı ilin mart ayında Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun müvafiq əmri ilə Şahin Nəbiyev Muxtar Respublikanın Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilib.//qaynarinfo.az//