“Sosial Xidmətlər Agentliyi” Publik Hüquqi Şəxsi minik avtomobillərinin satın alınması ilə bağlı elan edilmiş tenderə yekun vurub.
Manset.az xəbər verir ki, tenderin qalibi “Azərmaş” MMC olub.
Qalib şirkətlə 1 999,980 min manat məbləğdə satınalma müqaviləsi imzalanıb.
Qeyd edək ki, satin alınan avtomobillərə 164 ədəd sedan tipli avtomobillər daxildir.///ölkə.az