Ərdoğan Rusiyaya səfər edəcək - Hazırlıq görülür

15:05 - 20 Sentyabr 2021

Ərdoğan Rusiyaya səfər edəcək - Hazırlıq görülür

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək.

 

Manset.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, hazırda səfərə hazırlıq işləri görülür.

Səfər zamanı R.T.Ərdoğan və V.Putin arasında görüş olacaq. 

“Prezidentlər ikitərəfli əlaqələrin hazırkı durumunu, beynəlxalq gündəmin aktual məsələlərini, o cümlədən Suriyadakı vəziyyəti müzakirə edəcəklər", - D.Peskov vurğulayıb. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az