Azay Quliyev seçicilərilə görüş keçirdi - FOTOLAR

11:51 - 30 Sentyabr 2021

Azay Quliyev seçicilərilə görüş keçirdi - FOTOLAR

Deputat Azay Quliyev Naxçıvani küçəsi, 8 saylı binanın həyətində seçiciləri ilə  görüş keçirib. 

Manset.az xəbər verir ki, görüşdə iştirak edən seçicilər binaların həyətində vətəndaşların  istirahəti və asudə vaxtlarının səmərəli keçirilməsi üçün müvafıq şəraitin yaradılması,  kommunal, məşğulluq və əfv məsələləri  ilə bağlı onları narahat edən problemlər haqqında deputata müraciətlərini çatdırıblar. Görüşdə iştirak edən mərkəzi və yerli icra hakimiyyət orqanlarının nümayəndələri, o cümlədən rayon bələdiyyəsinin rəhbəri seçicilərin qaldırdığı məsələlərin həlli ilə bağlı konkret qərarlar qəbul ediblər.
Deputat vətəndaşları narahat edən digər məsələlərin də araşdırılıb həlli ilə bağlı müfaviq addımların atılacağını bildirib.

Görüşdə  Binəqədi rayon İcra Hakimiyyəti başçısının 1 saylı SİƏD üzrə nümayəndəsi Mübariz Məmmədov, Binəqədi bələdiyyəsinin sədr müavini Toğrul Babayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında  Sosial Xidmətlər Agentliyinin 2 saylı Binəqədi və Nərimanov rayon şöbəsinin müdiri Cahandar Axundov  və 4 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinin şöbə müdiri Emin Mustafayev iştirak edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az