Hikmət Hacıyev Simon Mordue ilə danışıqlar apardı

22:26 - 15 Noyabr 2023

Hikmət Hacıyev Simon Mordue ilə danışıqlar apardı

Avropa İttifaqı (Aİ) Şurası Prezidentinin xarici siyasət üzrə baş müşaviri Simon Mordue Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

 

Manset.az  xəbər verir ki, bu barədə Simon Mordue X platformasındakı paylaşmında qeyd edib.

O, görüş zamanı Aİ-Azərbaycan əlaqələrinin müzakirə edildiyini qeyd edib.

“Azərbaycanın Aİ üçün Cənubi Qafqazda vacib tərəfdaş olduğunu vurğuladım. Aİ dinc və firavan Cənubi Qafqaz naminə Ermənistan-Azərbaycan normallaşma prosesini dəstəkləməyə davam edəcək”, - paylaşımda bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az