Prezident seçkilərində Xankəndidə seçki məntəqəsinin hansı binada yerləşəcəyi açıqlandı

17:09 - 16 Dekabr 2023

Prezident seçkilərində Xankəndidə seçki məntəqəsinin hansı binada yerləşəcəyi açıqlandı

Gələn il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Xankəndidə seçicilərin hansı binada yerləşəcək seçki məntəqəsində səs verəcəkləri məlum olub.

 

Manset.az xəbər verir ki, seçki məntəqəsi keçmiş vilayət Partiya Komitəsinin inzibati binasında yerləşəcək.

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib ki, Xankəndidə məhz həmin o binada seçicilər səs verəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az