“Ermənistan siyasi iradə göstərərsə, sülhə gedən yol açıqdır" - Nazir

16:46 - 28 Dekabr 2023

“Ermənistan siyasi iradə göstərərsə, sülhə gedən yol açıqdır\" - Nazir

"Ermənistan siyasi iradə göstərərsə, sülhə gedən yol açıqdır. Növbəti mərhələdə biz baş verənləri görəcəyik”.

 

Manset.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib.

Nazir sülh müqaviləsi ilə bağlı proseslərə maneə törədən məqamlara toxunaraq söyləyib:

"Biz də başa düşürük ki, məsələnin tarixi var. Burada yanaşma ondan ibarət olsa ki, biz hər məqamı razılaşdırmaq istəyirik, bu çox uzun proses ola bilər. Bunun əvəzinə, hər iki tərəfin razılıq verdiyi, ciddi fikir ayrılığı yaratmayan bir sənədin ortaya qoyulması bizim yanaşmamızdır. Bu sülh istiqamətində çox ciddi addım ola bilər. Bunun baş verməsinə maneə törədən amillərdən danışası olsaq, burada işğal faktoru böyük rol oynayıb. 2020-ci ildən sonra ümidimiz vardı ki, proses sürətli gedəcək, Ermənistan qanunsuz silahlı birləşmələrini ərazidən çıxaracaq. Ancaq biz bunun şahidi olmadıq".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az