İlham Əliyevlə müsahibəyə hansı telekanallar çağırıldı... - SİYAHI

22:41 - 10 Yanvar 2024

İlham Əliyevlə müsahibəyə hansı telekanallar çağırıldı... - SİYAHI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib.

 

Manset.az saytının məlumatına görə, Prezident İlham Əliyevlə müsahibədə 6 yerli telekanalın təmsilçisi iştirak edib.

Bunlar Azərbaycan Televiziyası (AzTV), Real TV, İctimai Televiziya, Xəzər TV, ARB TV, CBC TV-dir.

İki telekanalı onların rəhbərləri təmsil edib – AzTV-nin sədri Rövşən Məmmədov və Real TV-nin direktoru Mirşahin Ağayev müsahibədə özləri iştirak ediblər. Digər telekanallar müsahibədə əməkdaşlar səviyyəsində təmsil olunub. İctimai Televiziyadan müsahibədə Xəbərlər Departamentinin direktoru Fikrət Doluxanov, Xəzər TV-dən xəbər aparıcısı Günel Qədimova iştirak edib.

Qeyd edək ki, “Space” TV və ATV Prezident İlham Əliyevlə müsahibəyə dəvət olunmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az