Türkiyənin xarici işlər naziri Hakan Fidan Məkkə Sazişinin hücum məqsədi daşımadığını bildirib.
Manset.az Türkiyə mediasına istindan xəbər verir ki, o, Türkiyənin başqa ölkənin ərazisinə hərbi qüvvə göndərərək hücum həyata keçirməyəcəyini, sazişə tərəf olan ölkələrdən biri hücuma məruz qalarsa, onun müdafiəsinə dəstək veriləcəyini deyib.
Fidan açıqlamasında bildirib: “Məkkə Sazişi müdafiə sazişidir. Bu sazişə tərəf olan ölkə hücuma məruz qaldıqda, onun müdafiəsində yanında olursunuz. Türkiyə başqa ölkənin ərazisinə hərbi qüvvə göndərərək orada hücum həyata keçirməyəcək. Bu, hücum sazişi deyil”.