logo
logo logo
logo

Tramp İranla savaşın sürətlə bitəcəyini bildirdi

17:04 - 08 Oktyabr 2026

Tramp İranla savaşın sürətlə bitəcəyini bildirdi

ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahına sahib olmasının qarşısını almaq məqsədilə həyata keçirdikləri missiyanı başa çatdırdıqlarını iddia edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, “Bu vəziyyət çox tezliklə sona çatacaq” deyib.

ABŞ-də benzinin yüksək qiymətləri ilə bağlı sualları cavablandıran Tramp İranla müharibə başa çatdıqdan dərhal sonra enerji qiymətlərinin sürətlə aşağı düşəcəyini bildirib.

Tramp İranın nüvə silahına sahib olmasına imkan verməyəcəklərini vurğulayaraq deyib: “Biz əslində bu missiyanı başa çatdırmışıq. Onların ordusunu məhv etmişik. Bu vəziyyət çox tezliklə sona çatacaq. Bu baş verdikdə neftin qiyməti də sürətlə aşağı düşəcək”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az