İstanbulun Maltepe rayonunda yeddi mərtəbəli binanın aşağıdakı üç mərtəbəsinin çökməsi ilə bağlı binanın memarı 66 yaşlı H.B. və tikinti sahəsinin rəhbəri M.O. saxlanılıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə səhər erkən saatlarda Cevizli məhəlləsində, Doğu küçəsində yerləşən yeddi mərtəbəli binada baş verib.
Səbəbi hələ müəyyənləşdirilməyən çökmə nəticəsində binanın aşağıdakı üç mərtəbəsi dağılıb.