Bu günə qədər növbədənkənar prezident seçkiləri ilə əlaqədar qeydiyyatdan keçən i müşahidəçilərin sayı açıqlanıb.
Manset.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.
İndiyə qədər 20 500-dən çox müşahidəçi qeydiyyatdan keçib. Həmin müşahidəçilərin 18 359-u dairə seçki komissiyalarında qeydiyyatdan keçib.