İran Milli Bankının Bakı filialı (“Bank Melli İran-Baku”) fəaliyyətini tam bərpa edib.
Manset.az APA-ya istinadən xəbər verir ki, bankın Bakı filialı aprelin 29-dan fəaliyyətini bərpa edib. Artıq kredit verilişi və depozitlərin qəbuluna başlayıb.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin may ayında “Bank Melli İran”ın Bakı filialında yoxlamalara başlamışdı.
Həmin müddətdən valyuta əməliyyatları istisna olmaqla, digər əməliyyatlar məhdudlaşdırılmışdı.