Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər

12:06 - 23 Yanvar 2026

Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər

Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması ilə bağlı müddət uzadılır.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Qanuna dəyişiklik layihəsində əksini tapıb.

Layihədə bildirilib ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə 2015-ci il noyabrın 1-dən etibarən yoxlamalar 2026-cı il yanvarın 1-dək dayandırılıb. Təklif olunan qanun layihəsi həmin müddətin daha bir il - 2027-ci il yanvarın 1-dək uzadılmasını nəzərdə tutur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az