Azərbaycanda etilen və polietilen istehsalı kəskin artıb

14:32 - 15 İyun 2023

Azərbaycanda etilen və polietilen istehsalı kəskin artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 847,4mln. manatlıq məhsul istehsal edilib.

Manset.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə rezin və plastik kütlə məmulatlarının istehsalı 16,5%, kimya sənayesi məhsullarının istehsalı 8,9% artıb, əczaçılıq məhsullarının istehsalı isə 16,4% azalıb.

Məlumata görə, hesabat dövründə kimya sənayesi məhsullarından etilen istehsalı 69,9%, polietilen istehsalı 66,7%, propen (propilen) istehsalı 58,1%, rezin və plastik kütlə məmulatlarından plastmas butulkalar, flakonlar və oxşar məmulatların istehsalı 2,5 dəfə, sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqların istehsalı 41,7%, plastmas çubuqlar, millər və profillərin istehsalı isə 21,6% artıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az