Türkiyə Avropa İttifaqı (Aİ) ölkələrinə avtomobil ixracını ilin ilk yarısında keçə ilin eyni dövrü ilə müqayisədə 20 faiz artırıb.
Manset.az türk mətbuatına istinadla bildirir ki, sektor yanvar-iyun dövründə 190-dan çox ölkəyə, muxtar və azad zonalara məhsul satıb.
İlin ilk yarısında avtomobil sənayesinin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq 15 milyard 250 milyon 785 min dollardan 17 milyard 337 milyon 288 min dollara yüksəlib.
Cari ilin yanvar-iyun dövründə Türkiyənin avtomobil ixracında 69,2 faiz payla Aİ bölgəsi birinci olub.
Bu dövrdə Aİ ölkələrinə ixrac keçən ilin eyni dövrü ilə müqayisədə 20 faiz artaraq 9 milyard 986 milyon 402 min dollardan 11 milyard 988 milyon 673 min dollara yüksəlib.
Sözügedən dövrdə ən çox ixrac reallaşdırılan ölkə isə Almaniya olub.
Manşet.az