Bakıda bıçaqlanma hadisəsi baş verib.
Manset.az report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. 1991-ci il təvəllüdlü Seyfullayev Rauf Abdulakim oğlu dalaşan bir neçə nəfəri ayırmaq istəyərkən bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarın boşluğunun bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.