Qubada 34 yaşlı kişi baltalandı - Qohumu saxlanıldı

18:43 - 10 Noyabr 2025

Qubada 34 yaşlı kişi baltalandı - Qohumu saxlanıldı

Qubada qadın kişini baltalamaqda şübhəli bilinir.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Qubanın Çartəpə kəndində qohumlar arasında yaranan mübahisə baltalanma ilə bitib.

Belə ki, Çartəpə kənd sakini 34 yaşlı Rüstəmov Kamrana yaşadığı evdə qohumu 43 yaşlı G.Nəcəfova tərəfindən kəsici alətlə xəsarətlər yetirilib.

Yaralı K.Rüstəmov Quba Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 

Hadisəni törətməkdə şübhəli bilinən G.Nəcəfova saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az