Bakıda iş yoldaşını stəkanla vurub öldürdü - Həbs edildi

13:45 - 05 Dekabr 2025

Bakıda iş yoldaşını stəkanla vurub öldürdü - Həbs edildi

Bakıda iş yoldaşının başından stəkanla vurub öldürməkdə təqsirləndirilən Möhsün Abdullayevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.


Manset.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, Möhsün Abdullayev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Dövlət ittihamçısı çıxışı zamanı təqsirləndirilənin 12 il 6 ay azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

    Qeyd edək ki, ittihama görə, M.Abdullayev mübahisə zəminində masanın üzərində olan stəkanla Bahadur Tağıyevin başına 4 dəfə zərbə endirib. Sonra yumruqla ona zərbələr vurub. Bahadur Tağıyev aldığı xəsarətlərdən dünyasını dəyişib.

    55 yaşlı M.Abdullayev 1997-ci ildə 8 il məhkum olunub.

    Möhsün Abdullayevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.


    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az