Həyat yoldaşını öldürüb intihara cəhd etdi

19:55 - 30 İyul 2023

Həyat yoldaşını öldürüb intihara cəhd etdi

Masallıda həyat yoldaşını öldürməkdə şübhəli bilinən kişi intihara cəhd edib.

 

DİN-in mətbuat xidmətinin regional qrupundan Manset.az-a bildirilib ki, iyulun 30-da saat 18:30 radələrində Masallı rayonu Təklə kəndində evlərin birində 1979-cu il Məmmədova İlkanə Müseyib qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət hadisəsini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1976-cı il təvəllüdlü Məmmədov Yalçın Habil oğlu daha sonra özünə kəsici alətlə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

Araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az