Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin teatr-konsert müəssisələri və müvafiq təhsil ocaqlarının kollektivləri ilə görüşləri davam edir. Müəssisələrin fəaliyyəti və qarşıda duran vəzifələr müzakirə olunur.
Manset.az xəbər verir ki, Mədəniyyət naziri noyabrın 5-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında kollektivlə görüşüb. Musiqili Teatrın zəngin keçmişə, özünəməxsus sənət ənənələrinə malik olduğunu deyən nazir ölkəmizdə teatr sahəsinə göstərilən dövlət dəstəyindən danışıb. Bildirib ki, Prezident İlham Əliyev mədəniyyət sahəsinin də inkişafını daim diqqətdə saxlayır. Son illərdə teatrlarımızın maddi-texniki təchizatının yaxşılaşdırılması, paytaxtda, həmçinin bölgələrdə yeni teatr binalarının tikilməsi və əsaslı təmir-bərpası istiqamətində böyük işlər görülüb və bu sahədə fəaliyyət davam etdirilir.
Qeyd olunub ki, zaman-zaman Musiqili Teatrda korifey sənətkarlar çalışıb, Azərbaycan və dünya dramaturgiyasının diqqətəlayiq nümunələri tamaşaya qoyulub. Kollektiv tamaşaçıların estetik zövqünü oxşayan maraqlı səhnə əsərlərini nümayiş etdirir. Musiqili Teatr da nazirliyin dəstəyi ilə həm ölkədaxili, həm də xarici qastrol səfərlərində iştirak edir.
Teatrın direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayev kollektivlə görüşə görə nazirə minnətdarlığını bildirib, teatrın uğurları ilə yanaşı, bəzi diqqət çəkilməli olan məsələlərdən danışıb.
Teatrın əməkdaşları – Xalq artistləri İlham Namiq Kamal, Afaq Bəşirqızı, Fatma Mahmudova, Əməkdar artistlər Əzizağa Əzizov, Ələkbər Əliyev, Əkbər Əlizadə, Nadir Xasiyev, Əməkdar incəsənət xadimi dirijor Fəxrəddin Atayev, aktyorlar Gülcahan Salamova, Eleonora Mustafayeva, Gültac Əlili, xor artistləri Aydan Əliyeva, Günel Qafarova, teatrın quruluşçu rəssamı Əməkdar artist Nabat Səmədova, teatrın baş rəssamı Vüsal Rəhim və başqaları çıxış ediblər. Kollektivin üzvləri təklif və müraciətlərini dilə gətiriblər.
Nazir deyib ki, Mədəniyyət Nazirliyi tərəfindən teatr sahəsində də islahatların aparılması prioritet istiqamətlərdən biridir.
Sonda kollektivin bir sıra üzvlərinin sualları cavablandırılıb.
Mədəniyyət naziri Akademik Musiqili Teatrda olub - FOTOLAR
17:55 - 06 Noyabr 2024
Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər
10 Dekabr 2025 - 19:18
"Azərbaycan Respublikası Konstitusiyası və mədəniyyət dəyərlərimiz" mövzusunda panel müzakirəsindən FOTOLAR
10 Dekabr 2025 - 17:45
Forumun ilk paneli - "Mədəniyyət və hüquq"
10 Dekabr 2025 - 16:20
"Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda forum keçirilir - FOTOLAR
10 Dekabr 2025 - 10:30
Bakıda elmi-praktiki forum keçirilir
09 Dekabr 2025 - 21:38
Mədəniyyət Nazirliyinin 7 elektron xidməti istifadəyə verildi - FOTOLAR
09 Dekabr 2025 - 21:26
TMAİS incəsənət məktəblərində tətbiq edilir - Valideyn–məktəb əlaqəsi güclənəcək
09 Dekabr 2025 - 19:12
Adil Kərimli İƏT baş katibinin köməkçisi ilə görüşdü - FOTOLAR
09 Dekabr 2025 - 18:45
Azərbaycanla Pakistan arasında mədəni əməkdaşlıq müzakirə olundu - FOTO
09 Dekabr 2025 - 18:37
Liviya Azərbaycanla mədəniyyət sahəsində sıx əməkdaşlığın qurulmasında maraqlıdır
09 Dekabr 2025 - 16:21
“Oyun texnologiyalarının inkişafında yüksəliş və əməkdaşlıq imkanları" mövzusunda panel sessiya keçirildi
09 Dekabr 2025 - 11:54
Azərbaycan və Misir arasında mədəni əməkdaşlıq münasibətləri müzakirə olundu
09 Dekabr 2025 - 09:30
"Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti" mövzusunda panel keçirildi
Xəbər xətti
- 11 Dekabr 2025
- 12:37 Qardaş ölkədə zəlzələ oldu
- 12:21 Üzərində Polad Həşimovun şəkli olan 3 minlik əsginaslar tədavülə buraxılıb?
- 12:19 Fərid Usubov həbs edildi
- 12:15 Bakıda 2 maşın toqquşdu - Sürücü belə xilas edildi
- 11:54 Azərbaycan və Mərkəzi Avropa əlaqələri möhkəmlənir
- 11:37 Eldar Əzizovun ailəsinə AĞIR İTKİ
- 11:28 Kapital Bank-ın kiberdələduzluqla mübarizə mövzusunda təlimləri davam edir
- 11:05 Azərbaycan neftinin YENİ QİYMƏTİ
- 10:45 "Qarabağ" 3 pillə gerilədi
- 10:34 Vəkillər Kollegiyasının üzvləri intellektual yarışda qalib oldu
- 10:29 2 ölkə arasında münaqişə gərginləşir - Ölənlərin sayı artır
- 10:25 ABŞ-dan viza istəyənlər üçün yeni "Qızıl Kart" - Trampdan elan
- 10:18 DYP-dən sürücülərə MÜRACİƏT - VİDEO
- 10:02 Namizəd Səfərov barəsində qərar verildi
- 09:50 "Həyat yoldaşım və bacım evin açarını əlimdən alıblar" - Küçədə yaşayan qadın
- 09:36 VI turun oyunları keçiriləcək - UEFA Avropa Liqası
- 09:25 Eltac yığdığı pulla maşın alacaqmış... - VİDEO
- 09:14 “Nəriman barədə nə deyəcəyimi bilmirəm” - Qurban Qurbanov
- 09:08 İlham Əliyev həmkarını təbrik etdi
- 09:05 Sığınacaqda "Qarabağ"ın oyununu tək izlədi: Gündəm oldu - VİDEO
- 08:59 Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI
- 08:30 Evində "yolka" quranlara xəbərdarlıq
- 08:10 Xəzər dənizində ZƏLZƏLƏ
- 08:00 Həzmi yaxşılaşdırmaq üçün 4 meyvə
- 07:30 Xəstələnməmək üçün nə etməli?
- 02:06 "Real" evdə "Mançester Siti"yə uduzdu
- 01:30 Bu içkilər yaddaşı möhkəmləndirir
- 00:30 İmmun çatışmazlığı depressiyaya səbəb ola bilər
- 00:24 "Ayaks"la oyunda futbolçulardan razı qaldım"- Qurban Qurbanov
- 10 Dekabr 2025
- 23:54 Meteohəssas insanların NƏZƏRİNƏ
- 23:51 Meksikada yeni qadağa - İstifadə edənlər cərimələnəcək
- 23:44 Türkiyəli məşhur aparıcı yeni sevgilisini açıqladı - Aralarındakı yaş fərqi şok yaratdı
- 23:38 "Qarabağ" "Ayaks"a uduzdu
- 23:37 Qremmi namizədi evində ölü tapıldı
- 23:28 Zelenskidən gözlənilən açıqlama - Bu həftə qan tökülməsinə son qoyula bilər
- 23:20 İki bina çökdü - Çox sayda ölü var
- 23:18 Donor qalmaqalı - 14 ölkədə 197 uşaq
- 22:58 Azərbaycan və Rusiya XİN-ləri arasında növbəti siyasi məsləhətləşmələr keçirildi
- 22:38 İsveçrənin yeni prezidenti məlum oldu
- 22:17 Gürcüstanda ali təhsilin müddəti endirildi
- 21:54 Bu ölkə "Eurovision-2026"da iştirak etməyəcək
- 21:39 Qalmaqallı test sualı ilə bağlı RƏSMİ AÇIQLAMA
- 21:28 “Ayaks”dan oyun öncəsi Bakı paylaşımı - VİDEO
- 21:12 Xarici təsirlərə açıq olan bütün qüvvələr qarşısında dövlətin mövqeyi dəyişməz qalacaq - Deputat
- 21:01 "Qarabağ" "Ayaks"a qarşı - Start heyətlər
- 20:52 Naxçıvanda qar örtüyünün hündürlüyü 3 sm olub - FOTO/VİDEO
- 20:41 “Qarabağ” – “Ayaks” oyunu təxirə salınır? – RƏSMİ CAVAB
- 20:28 Bakıda müəllim vəfat etdi - FOTO
- 20:16 Rusiyada bazarda YANĞIN
- 19:57 Yaponiyada güclü zəlzələ oldu
- 19:44 Leyla Əliyeva Saida Mirziyoyeva ilə görüşdü - FOTOLAR