8 Noyabr - Zəfər Günü işğaldan azad olunmuş torpaqlarda böyük təntənə ilə qeyd olunub.
Manset.az xəbər verir ki, Cəbrayıl şəhərində Zəfər bayramına həsr olunmuş konsert keçirilib. Öncə izləyicilərə Zəfər Günü ilə bağlı hazırlanmış videoçarx təqdim olunub.
F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının (bədii rəhbər Xalq artisti Ağaverdi Paşayev, instrumental heyətin musiqi rəhbəri Mahir Ordubadi) müşayiəti ilə solistlər Televiziya Muğam Müsabiqəsinin laureatı Vəfa Vəzirova, Əməkdar artist Çinarə Heydərova (qanun),
respublika və beynəlxalq müsabiqələr laureatları İdris Tağıyev (zurna, balaban), Taleh Yahyayev, Nurlana Abdullayeva və Nurlan Əzizbəyli, "Misri" ansamblı, Taleh Hüseynli, Rəvan Qaçayev və aşıq Ruhiyyə Qarabağlı dinləyicilər qarşısında çıxış ediblər.
Proqramda vətənpərvərlik ruhunda Azərbaycanın bəstəkar və xalq mahnıları səsləndirilib.
*
Laçın şəhərində şəhərində təşkil olunan bayram tədbirində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və “Laçın Abadlıq Xidməti” ASC-nin əməkdaşları, şəhid ailələri, qazilər, hərbçilər rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və sakinlər iştirak ediblər.
Bayraq meydanından başlayan tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Dövlət Himni səsləndirilib.
Rəsmi hissədən sonra hərbi orkestrin və şəxsi heyətin müşayiəti ilə “Lacinema” kino mərkəzinə qədər bayraqla yürüş keçirilib.
Sonra tədbir “Lacinema” kino mərkəzində davam edib. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə şanlı Zəfərimizin dördüncü ildönümünə həsr olunmuş bayram konserti təqdim olunub.
Əməkdar artist Elza Seyidcahan, Beynəlxalq Muğam Mərkəzinin solistləri, xanəndələr Elgiz Əliyev, Könül Xəlilzadə, Cahangir Cahangirov adını Xor kollektivi, beynəlxalq müsabiqələr laureatı Nazxanım Dadaşova, istedadlı pianoçu və gənc ifaçılar, populyar müğənnilər, laçınlı xanəndələr və aşıqlar iştirak ediblər. 2 saylı Laçın şəhər tam orta məktəbinin şagirdləri də milli rəqslər və bədii qiraətləri ilə proqrama rəng qatıblar.
Sonra Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş “Oğul” sənədli filmi nümayiş etdirilib.
Bayram şöləni şəhərdəki Seyrəngah ərazisində möhtəşəm atəşfəşanlıqla başa çatıb.
*
Zəngilan rayonunun Ağalı kəndində gerçəkləşən bayram şənliyində kənd sakinləri, bölgədə fəaliyyət göstərən müxtəlif qurumların əməkdaşları, hərbçilər və onların ailə üzvləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzi solistlərinin ifasında rəngarəng konsert proqramı təqdim olunub. Zəfər soraqlı musiqi nömrələrinin səsləndirildiyi konsert alqışlarla qarşılanıb.
*
Mədəniyyət paytaxtımız, bu doğma sakinlərinə qoynunda yer verən Şuşa şəhərində də Zəfər Günü böyük təntənə ilə gerçəkləşib.
8 noyabrda eyni zamanda Şuşa Şəhəri Gününü qeyd edən sakinlər üçün, sözün əsl mənasında, bayram bayrama qarışıb.
Çünki dörd il öncə, Vətən müharibəsinin bu günü müzəffər Ordumuzun misli görünməmiş qəhrəmanlığı sayəsində qala-şəhərimiz düşməndən qurtulmuşdu. Şuşa zəfəri ilə, əslində, müharibənin də taleyi həll olunmuşdu...
Bayram konsertində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri və Azərbaycan Dövlət Rəqs Ansamblının təqdim etdiyi maraqlı konsert proqramı doğma yurda qayıdışın sevinci içərisində olan şuşalıların yaddaşında silinməz iz qoyub.
*
Zəfər soraqlı tədbirlərin daha bir ünvanı Xankəndi şəhəri olub.
Azərbaycan Ordusunun 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatı ilə düşməndən azad olunan Xankəndi şəhəri bu gün özünün yeni növrağını yaşayır.
Burada təşkil olunan bayram mərasimi də böyük coşqu ilə qarşılanıb. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri, eləcə də Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti və solistlər maraqlı proqram təqdim ediblər. Bayram şöləni tamaşaçılara unudulmaz anlar yaşadıb.
Azad torpaqlarda bayram konsertləri təşkil olundu - FOTO
11:20 - 09 Noyabr 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
15 İyul 2026 - 10:51
Türk dünyasının fəxri ziyalısı
14 İyul 2026 - 23:58
Azərbaycanlıların olduğu daha bir gəmi vuruldu - Gəmi kapitani axtarılır - RƏSMİ
14 İyul 2026 - 23:12
Azərbaycanlı həkim beynəlxalq seminarda birinci oldu - FOTO
15 İyul 2026 - 10:41
İlham Əliyev Ərdoğana başsağlığı verdi
14 İyul 2026 - 21:48
III “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsi elan edilir
14 İyul 2026 - 22:33
Ucar sakini Qazaxıstanda yol qəzasında ÖLDÜ
14 İyul 2026 - 23:42
Bəzi ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ
14 İyul 2026 - 22:18
Pelleqrini təyyarə ilə Füzulidən Bakıya uçub - FOTOLAR
14 İyul 2026 - 22:59
SEPAH ABŞ-nin bazasına hücum etdi
14 İyul 2026 - 23:51
Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ
14 İyul 2026 - 23:29
56 yaşlı piyadanı maşın vurdu
14 İyul 2026 - 22:47
Türkiyədə zəlzələ oldu
Xəbər xətti
- 15 İyul 2026
- 19:59 Samuxda halvadan zəhərlənənlərin SON DURUMU - YENİLƏNİB
- 19:44 Adil Kərimli aparılan arxeoloji tədqiqat işləri ilə tanış oldu - FOTO
- 19:29 Şəkidə ev yanıb kül oldu - FOTO
- 19:14 Taleh Qaraşov özünə yeni qadın müavin təyin etdi - FOTO
- 18:53 Slovakiya Prezidentinin Azərbaycana səfəri başa çatdı - FOTO
- 18:42 Nazir idarə rəisini təqaüdə göndərdi - FOTO
- 18:28 "Azərbaycan ilə Slovakiya arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib"
- 18:16 Slovakiya prezidenti "Sea Breeze"də - FOTOLAR
- 17:39 Ceyhun Bayramov Moskvaya gedəcək
- 17:21 Keçmiş nazir müavininə yeni vəzifə verildi
- 17:06 Bakıda külək güclənəcək
- 16:50 "Burada olmaq həmişə şərəfdir" - Hikmət Hacıyev
- 16:19 Prezident qanunda dəyişikliyi TƏSDİQLƏDİ
- 16:14 Bu vəzifəli şəxslər xüsusi dövlət rabitəsi ilə təmin olundu
- 16:05 Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
- 16:02 Prezidentdən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə bağlı FƏRMAN
- 15:57 İlham Əliyev SƏRƏNCAM imzaladı
- 15:45 Bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 15:25 XİN Azərbaycan vətəndaşlarına çağırış etdi
- 15:14 “Azərbaycan açıq dialoqa və konstruktiv tərəfdaşlığa üstünlük verir”
- 15:09 Beynəlxalq Parlament diplomatiyasının Cənubi Qafqaza dəyişən yanaşması
- 14:55 1 vəkil kollegiyadan xaric olundu - 4-ü cərimələndi
- 14:35 Xocalıda ayı həyətə girib, yeyib-içdi - VİDEO
- 14:22 ABŞ-də dinozavr skeleti şok qiymətə satıldı
- 14:05 “Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı”
- 13:50 Zinəddin Zidan Fransa millisində
- 13:27 Bakının bu küçəsində hərəkət istiqaməti dəyişdirilir
- 12:58 Azərbaycan WUF13-ün nəticələrini BMT-nin yüksəksəviyyəli platformasında təqdim edir
- 12:41 Azərbaycanda temperatur 38 dərəcəyə qalxacaq
- 12:30 Yeni 100 manatlıqlar tədavüldə - FOTO
- 12:10 İspaniya dünya futbol tarixinə düşdü
- 12:00 Slovakiya Prezidenti Şəhidlər xiyabanında - FOTOLAR
- 11:40 "İran danışıqlara gəlməsə, enerji obyektləri və körpülər vurulacaq"
- 11:20 Peter Pelleqrini Heydər Əliyevin məzarını ziyarət etdi
- 11:01 Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan etdi
- 10:55 Qarabağ Universiteti və İTÜ-dən ikili diplom proqramı
- 10:51 Türk dünyasının fəxri ziyalısı
- 10:41 İlham Əliyev Ərdoğana başsağlığı verdi
- 10:30 Yamal unikal rekorda imza atdı
- 10:07 Ombudsman aparatının əməkdaşları ahıl şəxslərin sosial xidmət müəssisəsinə baş çəkdi
- 10:01 Hədiyyə kartlarının müddəti bitirsə, pul silinə bilərmi?
- 09:55 Ölkə.az 12 yaşını qeyd edir
- 09:49 Neftimizin yeni QİYMƏTİ
- 09:37 10 mərtəbəli binanın 11-ci mərtəbəsində mənzil satdılar - VİDEO
- 09:23 Bakıda yanacaq daşıyan maşın yandı - VİDEO
- 09:10 Azərbaycan XİN Türkiyəni təbrik etdi
- 08:59 Bakının bəzi küçələrində sıxlıq var
- 08:30 Peşəkar futbolçularda beyin həcminin azalması AŞKARLANDI
- 08:00 Mövsümi giləmeyvələri necə təzə saxlamaq olar?
- 07:30 Hər gün qarpız yesək nə olar? - Bilinməyən faydaları
- 01:30 Çay əvəzinə su için