Elza Seyidcahan hakim qarşısında - "Roza həbs edilsin"

12:51 - 13 Dekabr 2024

Elza Seyidcahan hakim qarşısında - \"Roza həbs edilsin\"

Əməkdar artist Elza Seyidcahanın (Qasımova) müğənni Roza Zərgərliyə (Allahverdiyeva) qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

 

Manset.az APA-ya istinadla xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə şikayət icraata qəbul olunub və Roza Zərgərli təqsirləndirilən şəxs kimi tanınıb.

Məhkəmənin baxış iclası dekabrın 23-nə təyin olunub.

Qeyd edək ki, Elza Seyidcahan məhkəmədən Roza Zərgərlinin Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi üzrə ittiham olunmasını, barəsində həbs qərarı çıxarılmasını xahiş edib.

İddiaya görə, Roza Zərgərli sosial şəbəkədə Elza Seyidcahanın ünvanına nalayiq ifadələr işlədərək onu təhqir edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az