Məşhur serialın aktyoru vəfat etdi

22:00 - 21 Mart 2026

Məşhur serialın aktyoru vəfat etdi

Braziliyalı aktyor, rejissor, yazıçı və dramaturq Juka de Oliveyra 91 yaşında vəfat edib.


Manset.az xəbər verir ki, bu barədə aktyorun yaxınlarına istinadən "Poder360" nəşri məlumat yayıb.

Məlumata görə, o, martın 21-də, səhər saatlarında dünyasını dəyişib.

Juka de Oliveyra tamaşaçılara "Klon" və "Braziliya prospekti" seriallarındakı rolları ilə tanış idi.

Aktyor martın 13-dən San-Paulu şəhərində xəstəxanaların birində reanimasiya şöbəsində müalicə alırdı. Bildirilir ki, o, ürək problemləri fonunda inkişaf edən pnevmoniya səbəbindən xəstəxanaya yerləşdirilmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az