Vüsalənin verilişi ikinci dəfə niyə yarımçıq dayandırıldı? - AÇIQLAMA

17:54 - 15 Fevral 2022

Vüsalənin verilişi ikinci dəfə niyə yarımçıq dayandırıldı? - AÇIQLAMA

Ötən gün “Azad Azərbaycan” telekanalında yayımlanan, Vüsalə Əlizadənin aparıcısı olduğu “7 Canlı” verilişinin yayımı qəfildən dayandırılıb.

 

Manset.az xəbər verir ki, BAKU.WS saytı məsələ ilə bağlı “ATV” kanalının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli ilə əlaqə saxlayıb.

O, açıqlamasında bildirib ki, yayım texniki problem səbəbindən dayandırılıb. 

Xatırladaq ki, verilişin ötən gün yayımlanan buraxılışında Xalq artistləri Niyaməddin Musayev və Məleykə Əsədova qonaq olublar.

Bu, Vüsalənin “7 canlı” verilişində baş verən ikinci texniki problemdir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az