Son zamanda gündəm yaradan açıqlamaları ilə müzakirə olunan türkiyəli aktrisa Hülya Avşar bu dəfə də maraqlı açıqlamalarla çıxış edib.
14 Fevral Sevgililər Gününü keçmiş həyat yoldaşı Kaya Çilingiroğlu ilə keçirən məşhur jurnalistlərin “Sevgiliniz varmı?” sualını “Mənim o qədər çox sevgilim var ki. Bütün günü sevgililərimlə bölüşməkdən vaxtın necə keçdiyini həqiqətən anlamıram. O qədər sevgilim var ki, hərəmxana qurmuşam”, - deyə cavablandırıb.
Avşar deyib ki, “Instagram”ı olan sevgili istəmirəm! Mən kişilərə “Instagram”ı yaraşdırmıram, bu mənlik deyil, idmanla məşğul olmayanlar da mənlik deyil. Sosial şəbəkələrdə vaxt keçirən kişilər də mənlik deyil. Onun üçün belə bir insanla heç vaxt olmaz”.