"Kobra" Pərviz "Survivor"da "Yandırdın qəlbimi" oxudu - VİDEO

17:36 - 29 Mart 2022

\"Kobra\" Pərviz \"Survivor\"da \"Yandırdın qəlbimi\" oxudu - VİDEO

Peşəkar kikboksinq üzrə 6 qat Dünya çempionu Pərviz Abdullayev (Kobra Pərviz) yeni görüntüləri ilə diqqət çəkib.

 

Manset.az  xəbər verir ki, hazırda reytinqli layihələrdən olan "Survivor 2022: All Star"da iştirak edən idmançı mahnı oxuyub.

Pərviz ötən gün yarışmada təşkil edilən "Birləşmə partisi"ndə Azərbaycan Xalq mahnısı olan "Yandırdın qəlbimi" ifasını səsləndirib.

Yarışmanın digər iştirakçıları da Abdullayevə qoşularaq mahnını birlikdə ifa ediblər. 

Qeyd edək ki, "Yandırdın qəlbimi" son zamanlar daha çox müğənni Aysel Əlizadənin ifasında səslənir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az