Rusiyalı məşhur aktyor Vyaçeslav Belyayev vəfat edib.
Manset.az-ın xarici mətbuata istinadən xəbərinə görə, sənətçi 56 yaşında dünyasını dəyişib. Onun hansı səbəbdən vəfat etdiyi açıqlanmayıb.
Qeyd edək ki, Vyaçeslav Belyayev karyerası ərzində 37 kinolayihədə çəkilib. O, "İstintaqın sirləri", "Mentov müharibələri", "Fənərləri sınmış küçələr" kimi məşhur seriallarda rol alıb.