Müğənni Xatirə İslam sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, sənətçi 2.4 milyon izləyicisi olan instaqram hesabında qardaşı Turalın oğlu ilə fotolarını paylaşıb. Sənətçinin şəkilləri hovuzda olarkən lentə alınıb.
Fotolarda Xatirənin 3 mərtəbəli bağ evi də diqqətlərdən yayınmayıb. İfaçının dəbdəbəli malikanəsi genişliyi və böyüklüyü ilə xeyli marağa səbəb olaraq müzakirələr yaradıb.
Xatirə İslamın sözügedən fotolarını təqdim edirik.