Məşhur xalq artistinin qardaşı da xəstəxanaya yerləşdirildi - FOTO

09:23 - 19 Aprel 2023

Məşhur xalq artistinin qardaşı da xəstəxanaya yerləşdirildi - FOTO

Xalq artisti Aftandil İsrafilovun musiqiçi qardaşı Ənüşirəvan İsrafilov da xəstəxanaya yerləşdirilib.

 

Manset.az xəbər verir ki, bu barədə müğənni Fədayə Laçın sosial şəbəkədə məlumat paylaşıb. 

"Gənc yaşlarımdan mənə həmişə dəstək olan gözəl insan Aftandil İsrafilov. Allah Sizə şəfa versin. Bir möcüzə olsun. Siz də, qardaşınız Ənüşirəvan İsrafilov da tezliklə sağalın, evinizə, ailənizə dönün. Sizi sevirik, dualarımızdasınız" deyə, F.Laçın yazıb.

Qeyd edək ki, martın sonunda yenidən səhhəti pisləşən Aftandil İsrafilov xəstəxanaya yerləşdirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az