Müğənni Yeganə Mürsəlova ilə həmkarı Sevda Əliqızı mərhum Xalq artisti Səməd Səmədovun evində qonaq olublar.
Manset.az xəbər verir ki, bu barədə Yeganə sosial şəbəkədə bildirib.
O instaqram hesabında sənətçinin bir zamanlar yaşadığı evindən fotolar paylaşıb.
Şəkillərdə Səməd Səmədovun həyat yoldaşı İradə xanım da yer alıb.
Məlumat üçün bildirək ki, Səməd Səmədov 2021-ci ilin iyulun 24-də 74 yaşında koronovirusdan vəfat edib. Mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.