“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin çəkiliş komandası Göyçə mahalında olub. 35 ildən sonra ilk dəfə Göyçənin kəndlərində saz sədaları eşidilib.
QSC-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsindən Manset.az-a verilən məlumata görə, "AZTV XƏBƏR" komandası illər sonra Aşıq Ələsgərin doğulduğu mahala səfər edib və saz havaları ətrafa yayılıb.
Birbaşa bağlantıda Göyçə mahalının kəndləri görüntülənib və aşıq havaları, saz sədaları o kəndlərə doğru yayılıb.