Anjelina Coli qatıldığı tədbirdə övladlarına irqçiliklə yanaşıldığını və bu səbəbdən xəstəxanada onlara səhv diaqnoz qoyularaq sağlamlıqlarını təhlükə altına aldığını bildirib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının xoşməramlı səfiri vəzifəsindən ayrılacağı elanı ilə gündəmə gələn Ancelina Coli American "Journal of Nursing" jurnalında səhiyyə sektorunda irqi bərabərsizliyə toxunub. Coli övladlarının irqçi olduğunu və səhv diaqnoz qoyulduğunu deyib.
48 yaşlı aktrisa ağ dərili insanların sağlamlıq mərkəzlərinə daha çox maraq göstərdiyinə diqqət çəkib:
"Müxtəlif irqlərdən olan uşaqların anası kimi mən övladlarıma bəzən onların sağlamlıqlarını riskə atan yollarla səhv diaqnoz qoyulduğunu görmüşəm"
Qeyd edək ki, Colinin Bred Pittlə evliliyindən Şilo, Knox və Vivyen adlı üç övladı var. Aktyor böyük övladı Maddoksu Kambocadan övladlığa götürüb. Aktrisanın qızı Zahara efiopiyalı, Pax isə vyetnamlıdır.
Jalə
Manşet.az