Paytaxtda jurnalisti və müğənnini avtomobil vurdu

20:59 - 30 İyul 2023

Paytaxtda jurnalisti və müğənnini avtomobil vurdu

Jurnalist Elvin Elxan və müğənni Nuran Məmmədov ağır yol-nəqliyyat hadisəsi keçiriblər.

Bakıvaxtı.az xəbər verir ki, onlar 29 iyul tarixində 22:00 radələrində Azərbaycan Milli Kitabxanasının yaxınlığındakı piyada keçidindən yolu qarşı tərəfə keçmək istəyərkən sürətlə hərəkət edən “Mercedes” markalı avtomobil tərəfindən vurulublar.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan E.Elvin və N.Məmmədov özəl klinikalardan birinə yerləşdiriliblər.

Hazırda onlar həkim nəzarətindədirlər. ///Bizim.media


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az