"Ömrümü kinoya həsr etməyə dəyərmiş" - Vaqif Mustafayev

20:44 - 28 Avqust 2023

\"Ömrümü kinoya həsr etməyə dəyərmiş\" - Vaqif Mustafayev

"Mən bu gün tamaşaçı sevgisini görüb bir daha əmin oldum ki, deməli, kinonun içində olmağa, ömrümü kinoya həsr etməyimə dəyərmiş".

 

Manset.az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xalq artisti, kinorejissor Vaqif Mustafayev Nizami Kino Mərkəzində 70 illik yubileyi münasibətilə keçirilən yaradıcılıq gecəsində deyib.

O bildirib ki, filmlərində Qarabağın azad olunmasına dair nüanslar hələ 90-cı illərdən olub: "Bu gün isə artıq bu məsələ öz həllini tapıb".
Qeyd edək ki, Azərbaycanın Xalq artisti, kinorejissor Vaqif Mustafayevin 70 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az