Aygün Kazımova Qarabağda çıxış üçün 200 min istəyib? - AÇIQLAMA

21:28 - 14 Dekabr 2023

Aygün Kazımova Qarabağda çıxış üçün 200 min istəyib? - AÇIQLAMA

Xalq artisti Aygün Kazımovanın Qarabağda keçirilməsi nəzərdə tutulan Yeni il şənliyində çıxış üçün yüksək məbləğdə ödəniş tələb etməsi ilə bağlı məlumatlar yayılıb.

 

Manset.az xəbər verir ki, Xalq artistinin 45 min manat özünə, 75 min manat səhnə dekoru-işığa, 85 min manat isə heyətinə ödəniş (ümumilikdə təxminən 200 min manat) tələb etdiyi iddia olunub.

Globalinfo.az məsələni dəqiqləşdirmək üçün tədbirin təşkilatçılarından “Evvent Office” ilə əlaqə saxlayıb.

Təşkilatçılar iddialara aydınlıq gətirib:

“Həmin konsert proqramında Aygün Kazımova iştirak etməyəcək. Tanınmışlardan Abbas Bağırov və başqaları çıxış edəcək. Digər məsələ haqqında bir söz deyə bilmərik”.

Qeyd edək ki, Xalq artisti Aygün Kazımova zənglərimizə cavab verməyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az