Məcburi köçkünlər üçün tikilmiş evlərin satış qiymətlərində endirim olacaq? - VİDEO

21:40 - 11 Mart 2024

Məcburi köçkünlər üçün tikilmiş evlərin satış qiymətlərində endirim olacaq? - VİDEO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vaxtilə məcburi köçkünlər üçün tikilmiş ancaq təyinatı dəyişdirilmiş iki, üç və dörd otaqlı mənzillərin onlayn satışını davam etdirir.

 

Manset.az bildirir ki, söhbət tikilən gündən istifadəsiz qalan yeni mənzillərdən gedir. Yəni burda heç vaxt yaşayış olmayıb. Proses beş kompleks üzrə başlayıb, Bakının Ramana və Kürdəxanı qəsəbələrindəki evlər artıq satılıb.

Sosial Xidmətlər Agentliyinin şöbə müdiri Murad Həşimov hazırda üç kompleks üzrə satışların həyata keçirildiyini deyib.

İqtisadçı ekspert Eldəniz Əmirov bu mənzillərin xüsusi güzəştlərlə vətəndaşlara təklif olunmasını tövsiyə edib.

Daha ətraflı ATV-nin süjetində:

 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin